Gürcüstanda xalası qızı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, Əliyevin saxlanılması Türkiyə və Azərbaycan polisi ilə koordinasiya, həmçinin Gürcüstan DİN-in Türkiyədəki ataşesinin cəlb edilməsi ilə həyata keçirilib.
Qeyd edək ki, daha əvvəl Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyevin Türkiyə ərazisində saxlanıldığı barədə xəbər yayılmışdı. Onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlərin aparıldığı bildirilirdi.
Xatırladaq ki, Gürcüstan mediasında yayılmış məlumata görə, Tbilisidə qonaq olan 21 yaşlı Fatimə Kərimova iyunun 26-sı xüsusi amansızlıqla qətlə yetirilib. Kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə Kərimova həmin evdə xalası oğlu tərəfindən girov kimi saxlanılıb. Xəbərlərdə onun 21 yaşlı xalası qızını iki həftə ərzində mənzildə kilidli saxladığı, vəhşicəsinə döydüyü, daha sonra isə boğaraq öldürdüyü yazılıb.
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?
- Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü
- Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə!
- Fatimənin xalası oğlu Batumidə tutuldu - Video
- Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü öldü