Xaçmazda 8 kəndi birləşdirən körpü 4 aydır bərpa edilmir.
“BUTA.TV” AZTV-yə istinadən xəbər verir ki, rayonun Aşağı-Zeyid inzibati ərazi dairəsinə daxil olan 8 kəndin bir-biri ilə əlaqəsi kəsilib.
Buna səbəb Caqacuqçayın üzərindəki körpünün sel suları nəticəsində dağılması və geridə qalan zaman ərzində körpünün bərpası ilə bağlı hər hansı bir işin görülməməsidir.
Sakinlərin sözlərinə görə, ərazidə ümumilikdə 3000-ə yaxın insan yaşayır. Hazırda onlar mənzil başına çatmaq üçün 15-18 kilometr daha uzun alternativ yoldan istifadə etməyə məcbur qalırlar. Çayın içindən salınan müvəqqəti yol isə problemi tam həll etmir. Çayda suyun səviyyəsi qalxan kimi yol tamamilə istifadəyə yararsız vəziyyətə düşür. Bu isə xüsusilə təcili tibbi yardım, məktəblilərin gediş-gəlişi və kənd təsərrüfatı məhsullarının daşınması zamanı əlavə çətinliklər yaradır.
Daha ətraflı videomatrealda:
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı
- BTQ bu institutla memorandum imzalandı - Foto
- Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar