İsmayıllıda torpaq sürüşməsi olub, üç ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonunun Bizlan kəndində qeydə alınıb.
Belə ki, təbii hadisə nəticəsində Xasiyev Müslüm Məhərrəm oğluna məxsus iki mərtəbəli yaşayış evi ciddi zərər görərək yaşayış üçün yararsız vəziyyətə düşüb. Yəni, üç ailənin məskunlaşdığı evin bir hissəsi çöküb.
Hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən ilkin araşdırmalar aparılıb.
Məslə ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, iyulun 10-da baş vermiş hadisə ilə əlaqədar Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən operativ araşdırma aparılıb, müvafiq məlumatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Qeyd olunub ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb. Yaxın günlərdə yaradılacaq xüsusi komissiya əraziyə baxış keçirəcək, sürüşmənin miqyası və dəymiş ziyanın həcmi müəyyənləşdirilərək müvafiq qərar qəbul olunacaq.
Rayon İcra Hakimiyyəti bildirir ki, məsələ nəzarətdə saxlanılır və nəticələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı
- BTQ bu institutla memorandum imzalandı - Foto
- Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar