Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı baş tutub.
BUTA.TV xəbər verir ki, tədbirdə 20 idman federasiyasının nümayəndələri iştirak edərək balıq ovu üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində daha çox və ölçüsü daha uzun olan balıq tutmaq uğrunda mübarizə aparıblar.
Yarışın yekununda kişilər arasında Azər Məhərrəmov (Azərbaycan Qol Güləşi Federasiyası) bütün rəqiblərini qabaqlayıb. Vüsal Qurbanov (Azərbaycan Su İdman Növləri Federasiyası) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Cavad Cavadov (Gənclər və İdman Nazirliyi) isə 3-cü yerin sahibi olub.
Qadınlar arasında 1-ci yerə Şəfəq Kərimova (Azərbaycan Voleybol Federasiyası) layiq görülüb. Ədibə Əliyeva (Azəridmanservis) 2-ci, Samirə Ağayeva (Azərbaycan Boks Federasiyası) isə 3-cü yer tutub.
Qaliblər Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və idman ictimaiyyətinin nümayəndələri arasında ünsiyyətin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyası bundan sonra da idmanın və sağlam həyat tərzinin təşviqinə xidmət edən bu cür tədbirlərin keçirilməsini davam etdirəcək.
- Azərbaycanda baş müəllim vəfat etdi - Foto
- Prezident fərman imzaladı
- Qəzada ölənlər ər-arvad imiş - Rəsmi
- Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər
- Suda boğulma hallarında xilasetmə əməliyyatları... - Video
- Bakıda qeyri-adi kənd yumurtası... - Foto
- Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
- Masazır sakinlərinə şad xəbər - Sabahdan…