Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video

11:46 - 18 İyul 2026 - GÜNDƏM

 Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video

Paytaxtda bəzi parklanma yerlərində həm uzununa, həm də eninə nişanlanma xətlərinin olması sürücülərdə çaşqınlıq yaradır. 

BUTA.TV” Baku.ws-ə istinadən xəbər verir ki, sürücülərdən biri şəhərin Əhməd Rəcəbli küçəsində oxşar halla üzləşib.

Belə ki, həmin şəxs avtomobilini qaydalara uyğun park etməsinə baxmayaraq, 20 AZN məbləğində cərimə olunduğunu bildirib. Vətəndaş üzləşdiyi vəziyyətdən şikayət edərək məsələyə aydınlıq gətirilməsini tələb edib. 

AYNA belə hallarda avtomobili hansı qaydada saxlamaq lazım olduğu ilə bağlı saytın sorğusuna cavab olaraq bildirib ki, parklanma yerləri təşkil edilərkən nişanlanma xətləri ilə yanaşı, parklanmanı tənzimləyən müvafiq yol nişanları da quraşdırılır: “Əsas istiqamətverici isə 7.6.1 “Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu" əlavə məlumat nişanıdır”.

Qurumdan qeyd edilib ki, sürücülər belə hallarda avtomobili həmin nişanın tələbinə uyğun park etməli, tərəddüd yaranarsa, ərazidə xidmət göstərən bələdçidən məlumat almalıdırlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol