Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib

17:00 - 18 İyul 2026 - GÜNDƏM

 Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib

Fransanın Ermənistandakı səfirliyində keçirilən qəbulda iştirak edən bir neçə qonaq qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

BUTA.TV” xəbər verir ki, bu haqda “Armat Media” məlumat yayıb.

Belə ki, iyulun 14-də səfirlikdə Fransanın milli bayramı münasibətilə tədbir keçirilib və orada çoxsaylı qonaqlar – siyasi və ictimai xadimlər, səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, səhiyyə nazirinin müavini Lena Nanuşyan, müdafiə nazirinin müavini Arman Sarkisyan və digərləri iştirak edib Tədbirdən bir neçə saat sonra bir çox qonaq bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardım üçün müraciət edib.

Bildirilir ki, dəniz məhsullarından hazırlanmış masaların təqdim olunduğu ziyafət isti və açıq havada keçirilib.



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol