Bakıda fəaliyyət göstərən kuryerlər sifariş götürərkən ciddi problemlə üzləşdiklərini deyirlər. Onların sözlərinə görə, restoranların yerləşdiyi küçələrdə motosikleti qısa müddətə saxlamaq üçün uyğun yer olmadığından tez-tez cərimələnirlər. Bəzən bir cərimənin məbləğini ödəmək üçün 10 sifariş çatdırmalı olurlar.
BUTA.TV xəbər verir ki, kuryerlərin sözlərinə görə, park yerlərinin əksəriyyəti avtomobillər tərəfindən tutulduğundan motosikleti qaydalara uyğun saxlamaq mümkün olmur. Avtobus zolağında, taksi dayanacağında və ya səkidə dayanmaq isə cərimə ilə nəticələnir.
Onlar xüsusilə restoranların sıx yerləşdiyi küçələrdə bu problemin daha qabarıq hiss olunduğunu deyirlər. Bildirilir ki, bəzi ərazilərdə yolun bir hissəsi avtobus zolağı, digər hissəsi isə taksi dayanacağı olduğundan sifariş götürmək üçün qanuni dayanacaq tapmaq mümkün olmur.
Kuryerlər restoranların qarşısında motosikletlər üçün qısamüddətli dayanma yerlərinin yaradılmasını istəyirlər. Onların fikrincə, bu, həm sifarişlərin gecikməsinin, həm də cərimələrin qarşısını ala bilər.
Daha ətraflı Xəzər TV-nin reportajında:
- İngiltərə 60 il sonra DÇ-də mükafat qazandı - Video-Yenilənib
- Bakıda kuryerlərin əsas problemi: Xüsusi dayanacaq... - Video
- Azərbaycan internet sürətinə görə dünyada neçənci yerdədir?
- Əməkdar jurnalist Nuraninin son durumu - Açıqlandı
- Həmin uşaqların anası polisə çağırıldı
- Bu müəllimlərin diqqətinə!
- Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
- Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - Video