Sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) xəstələrin daşınması üçün istifadə olunan xərəklə bağlı görüntülər yayılıb. Kadrlarda xərəyin su borusuna bənzər materialdan hazırlandığı iddia olunur. Görüntülər sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində istifadə olunan təkərli xərək (katalka) xəstələrin maqnit-rezonans müayinəsi zamanı təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi olaraq plastik borulardan hazırlanıb.
“Maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi zamanı xəstələrin təhlükəsiz şəkildə müayinə aparatına yerləşdirilməsi üçün maqnit sahəsinə reaksiya verməyən xüsusi katalkalardan istifadə olunur. Bu, dünya praktikasında da istifadə olunan, aşağı büdcəli və səmərəli həllərdən biridir”, - Ruzbeh Məmməd qeyd edib.
- Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto
- Nigar Fərhad haradadır?
- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı
- Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur
- Süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları...
- Mərkəzi Gömrük Hospitalına yeni hüquq verildi