Cərimə balları sıfırlandı - Səbəb texniki imiş

00:12 - 21 İyul 2026 - GÜNDƏM

 Cərimə balları sıfırlandı - Səbəb texniki imiş

Sosial şəbəkələrdə və mesajlaşma platformalarında “Bütün DYP cərimə balları sıfırlanır” məzmunlu məlumat geniş yayılıb.

BUTA.TV Bakues-ə istinadən xəbər verir ki, yayılan iddiada sürücülərin cərimə ballarının tamamilə silinəcəyi bildirilir. Lakin hazırda bununla bağlı Daxili İşlər Nazirliyi və ya Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.

Ancaq Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bir qədər əvvəl mərkəzi informasiya sistemində yaranmış texniki problem səbəbindən cərimə balları sıfır göstərilsə də, artıq problem aradan qaldırılıb və cərimə balları əvvəlki qaydada görünür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol