Kəlbəcər rayonunda sursat partlayışı baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumata görə, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində 2026-cı il 21 iyul tarixində sursat partlayışı hadisəsi baş verib.
1987-ci il təvəllüdlü Qazax rayon sakini Sərxan Ələsgər oğlu İsgəndərov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
- Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto
- Nigar Fərhad haradadır?
- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı
- Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur
- Süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları...
- Mərkəzi Gömrük Hospitalına yeni hüquq verildi