Dondurmanın üzərinə qarışqa səpilir: nuş olsun – Video

15:57 - 21 İyul 2026 - GÜNDƏM

 Dondurmanın üzərinə qarışqa səpilir: nuş olsun – Video

Cənubi Amerika və Cənub-Şərqi Asiyanın bəzi bölgələrində qarışqalardan müxtəlif qidalarda, şirniyyat və dondurmalarda istifadə olunur. Həşərat yemək bir çox insan üçün qeyri-adi görünsə də, dünyada təxminən 2 milyard insanın qida rasionunda həşəratlar ənənəvi olaraq istifadə olunur.

Mövzu ilə bağlı BUTA.TV-a açıqlamasında qida eksperti Ağa Salamov bildirib ki, qarışqaların dadı və teksturası fərqli hesab olunur; bəzi növlər turş, ekzotik və umami dad hissi verə bilər.

Onun sözlərinə görə, burada əsas məsələ qida təhlükəsizliyidir:

“Əgər qarışqalar xüsusi şəraitdə yetişdirilir və qida standartlarına uyğun hazırlanırsa, sağlamlıq baxımından ciddi problem yaratmaya bilər. Amma təbiətdən toplanan qarışqalar düzgün emal edilmədən qidaya əlavə olunarsa, onların üzərində olan mikroorqanizmlər, parazitlər və digər çirkləndiricilər qidaya keçərək zəhərlənmə riski yarada bilər. Əsas şərt isə hər bir qidanın sağlamlıq və təhlükəsizlik qaydalarına uyğun hazırlanmasıdır”.

Ağa Salamov əlavə edib ki, fərqli qida mədəniyyətlərinə hörmətlə yanaşmaq lazımdır:

“Qarışqaların qida kimi istifadəsi Kolumbiya, Tailand, Meksika kimi bəzi ölkələrdə entomofagiyanın (həşəratların qida kimi istehlakı) bir hissəsidir. Xüsusilə Cənubi Amerikada qarışqadan hazırlanan qidalar qədim kulinariya ənənələrinə əsaslanır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol