Mərkəzi Gömrük Hospitalına yeni hüquq verildi

17:03 - 21 İyul 2026 - GÜNDƏM

 Mərkəzi Gömrük Hospitalına yeni hüquq verildi

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib.

BUTA.TV xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağı "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qeyd edək ki, Mərkəzi Hospital bu günə qədər qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası köçürülməsini həyata keçirirdi.

Bundan başqa, Respublika Diaqnostika Mərkəzi ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi ilə yanaşı kök hüceyrələri köçürülməsini də icra edə biləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol