Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

05:33 - 22 İyul 2026 - GÜNDƏM

 Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

İranın cənub-şərqində yerləşən Kirman əyalətində həddindən artıq isti hava şəraiti səbəbindən dövlət müəssisələri və təhsil ocaqları fəaliyyətini dayandıracaq.

BUTA.TV” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, Kirman rəhbərliyi yüksək temperatur və elektrik şəbəkəsinin sabitliyini qorumaq məqsədilə belə qərar qəbul edib.

Qeyd olunub ki, isti hava dalğasının təsirlərini azaltmaq və enerji təminatında problemlərin qarşısını almaq üçün əyalətdəki bütün dövlət qurumları və təhsil müəssisələri sabah bağlı olacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Başçı özünə birinci müavin təyin etdi

Qərarın təcili yardım xidmətləri, səhiyyə müəssisələri, xidmət sahələri, hərbi və təhlükəsizlik bölmələrinə, eləcə də, müəyyən edilmiş bank və sığorta filiallarına şamil edilmədiyi qeyd olunub.

İsti və yarımsəhra iqlimi ilə seçilən Kirman əyalətində son illərdə temperaturun rekord həddə yüksəldiyi, uzunmüddətli istilərin isə gündəlik həyata və enerji istehlakına ciddi təsir göstərdiyi bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol