Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsindən artıq altı ay ötür. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yanvarın 30-da vəzifəsindən azad edilən 64 yaşlı sabiq icra başçısından sonra rayona hələ də yeni rəhbər təyin olunmayıb.
BUTA.TV-ın Metbuat.az-a istinadla məlumatına görə, hazırda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov icra edir.
Rayonun idarəçiliyini müvəqqəti olaraq öz üzərinə götürən Emil Abbasov tanınmış nəslin nümayəndəsidir. O, uzun illər məhkəmə sistemində müxtəlif məsul vəzifələrdə çalışmış, Abşeron, Yasamal və Sabunçu Rayon Məhkəmələrinin sədri olmuş tanınmış hüquqşünas İlqar Abbasovun oğludur.
Yerli siyasi dairələrdə və mediada Emil Abbasov uzun müddətdir boş qalan icra başçısı vəzifəsinə ən real namizədlərdən biri kimi göstərilir. Lakin gözlənilən təyinatın bu günədək baş tutmaması diqqət çəkir və müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olur.
Müşahidələrə görə, təyinat prosesinin uzanması birinci müavinin mövqeyinə də təsirsiz ötüşmür. Vaxt keçdikcə həm rayonda idarəetmə ilə bağlı qeyri-müəyyənlik artır, həm də yeni iddialılar ortaya çıxır. Bu isə Emil Abbasovun Qaradağ Rayon İcra Hakimiyyətinə rəhbər təyin olunmaq şanslarını azaldır.
- AZAL donanmasına 4-cü təyyarəsini əlavə etdi
- Bakıda özəl klinikada ölən körpə zirzəmiyə atılıb?
- İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
- Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı
- Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı
- Yüksək vəzifəli azərbaycanlı gənc Kanadada faciəvi şəkildə öldü
- Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - Rəsmi
- Nikah və boşanmaların sayı azaldı