Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edib.
“BUTA.TV”nun xəbərinə görə, Tovuz sakini Leyla Rəhimova bildirib ki, maaşının ödənməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən “Laləli” uşaq bağçasının müdiri ona qarşı zorakılıq tətbiq edib.
Leyla Rəhimova iddia edir ki, bağça müdiri ona 300 manat əməkhaqqını verməməklə yanaşı, azyaşlı və autizmli uşağını da bağçadan çıxarıb.
Məsələ ilə bağlı “Laləli” uşaq bağçasının müdiri Lalə Əzimova bildirib ki, işçiyə əl qaldırmayıb, aralarında sadəcə mübahisə olub.
Leyla Rəhimova baş verən hadisədən sonra polisə müraciət edib və məsələnin hüquqi müstəvidə həll olunmasını gözləyir.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək