Bu görüntülər matçı kölgədə qoydu - Video

21:28 - 26 İyul 2026 - GÜNDƏM

 Bu görüntülər matçı kölgədə qoydu - Video

Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” (Donetsk) Bursada “Bursaspor”la yoldaşlıq oyununda qarşılaşıb.

BUTA.TV” xəbər verir ki, qarşılaşmadan əvvəl stadionda yaşananlar isə matçın özündən daha çox diqqət çəkib.

Bursa Böyükşəhər Bələdiyyə Stadionunu dolduran “Bursaspor” azarkeşləri Arda Turanı böyük coşqu ilə qarşılayıblar. Tribunalar gənc məşqçinin şərəfinə “Türkiyə səninlə fəxr edir” şüarları səsləndirib.

Azarkeşlərin sevgisinə biganə qalmayan Arda Turan tribunaya yaxınlaşaraq onları salamlayıb və alqışlarla cavab verib. Məşqçinin bu anlarda duyğulandığı diqqətdən qaçmayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzərdə batan şəxs müstəntiq imiş

Matçdan əvvəl “Bursaspor” klubunun rəsmiləri Arda Turana gül dəstəsi təqdim ediblər. Klub rəhbərliyi Türkiyə futboluna verdiyi töhfələrə görə məşqçiyə təşəkkürünü bildirib.

Arda Turanın “Şaxtyor”un baş məşqçisi kimi Bursaya qayıdışı azarkeşlər üçün xüsusi an olub. A.Turana göstərilən böyük sevgi qarşılaşmanın ən yaddaqalan məqamlarından birinə çevrilib.

“Şaxtyor” klubunun instaqram hesabında da matçdan öncə yaşanan möhtəşən atmosferdən kadrlar paylaşılıb.

***

“Bursaspor” – “Şaxtyor Donetsk” matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Tamaşaçıların böyük maraq göstərdiyi matçı stadionda 36 740 azarkeş izləyib.

Matçın final fitindən sonra azarkeşlər hər iki komandanın futbolçularını alqışlarla yola salıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol