Bakıda küləyin sürəti 28 m/s-dək gücləndi

10:12 - 27 İyul 2026 - GÜNDƏM

 Bakıda küləyin sürəti 28 m/s-dək gücləndi

Azərbaycanın bəzi yerlərində şimal-qərb küləyi əsir.

BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol