“Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır”.
“BUTA.TV” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir”, - G.Abbasova bildirib.
- Təhlükəsizlik tədbirləri gücləndirildi - "Azneft"
- Bakıda güclü külək: xəsarət alanlar var
- Bakıda bu ərazidə yanğın başladı
- Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - Foto
- Traktorun təkəri altında qaldı, öldü
- Bakıda güclü külək: 7 ağac sındı
- Ağdamın kəndlərində baş verən yanğınlar söndürüldü
- I yarımildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?