Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib.
BUTA.TV APA-ya istinadla əbər verir ki, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, S.Məmmədova NİDA Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anasıdır.
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı
- Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı
- Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar
- Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər
- Bazar günü hava necə olacaq?
- Bəzi ərazilərə yağış yağıb, külək əsib
- Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir
- “Üç ildə ümumilikdə 16 dəfə səfər etmişəm” - Video