“Şamaxı” futbol klubuna ağır itki üz verib.
“BUTA.TV” xəbər verir ki, klubun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.
Gənc futbolçunun ölüm səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, 12 yaşlı S.Babazadə Qax-Qoragan avtomobil yolunda baş verən ağır qəzada həlak olub. Belə ki, hərəkətdə olan “Mercedes” və “Niva” markalı iki avtomobil toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb. Həmin avtomobildə olan digər sərnişinlər - 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

- 55 saat dayanmadan üzüb tarix yazdı - Video
- Yaşamaq üçün ən ideal ölkə açıqlandı
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu
- Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı