Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir

21:29 - 3 Avqust 2026 - GÜNDƏM

 Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

BUTA.TV” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda yük avtomobili yandı

Əlavə məlumat veriləcək.

***

Əldə etdiyimiz məlumata görə, 15 yaşlı yeniyetmə dənizdə əmisi ilə birgə batıb. Əminin meyiti sudan çıxarılsa da, uşağın axtarışları hələ də davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol