Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar

23:10 - 3 Avqust 2026 - GÜNDƏM

 Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar

İspaniya millisinin müdafiəçisi Mark Kukurelya növbəti dəfə səmimi davranışı ilə gündəmə gəlib.

BUTA.TV” “The Sun” nəşrinə istinadən xəbər verir ki, o, ünvanına çatdırılma edən ingilis kuryer Qarinin xahişini geri çevirməyib.

Belə ki, kuryer onun Dünya Kubokunda qazandığı qızıl medalı yaxından görmək istəyib. Kukurelya isə onun bu istəyini geri çevirməyərək medalı kuryerin boynuna taxmasına icazə verib.

Kuryer yaşadığı təəssüratı sosial şəbəkə hesabında bölüşərək futbolçu haqqında bunları yazıb:

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda yük avtomobili yandı

“Bu gün məktubları çatdırarkən yerli Dünya Kuboku çempionu Mark Kukurelya ilə söhbət etmək şansım oldu. Çox səmimi və təvazökar insandır. Mənə qalibiyyət medalını tutmağa icazə verdi. Düşünürəm ki, son 60 ildə Dünya Kuboku qaliblərinin medalını boynuna taxan ilk ingilis mən oldum”.

Şərhlərdə futbolçunu “əsl centlmen”, “təvazökar insan” və “səmimi futbolçu” adlandırıblar.

 




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol