Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

19:44 - 4 Avqust 2026 - CƏMİYYƏT

 Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Bu gün satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillərin seçimi prosesi artıq başa çatıb.

BUTA.TV” xəbər verir ki, bu haqda İpoteka və Kredit Zəmanət Fondu və “AzInTelecom” birgə məlumat yayıb.

Bildirilib ki, seçim prosesində Azərbaycanda ilk dəfə olaraq İKZF-nin təşəbbüsü ilə yaşayış sahələrinin kütləvi seçimi zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq edilib.

Seçim prosesində Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 184 yeni, tam təmirli mənzil vətəndaşların seçiminə təqdim olunub. Yaşayış sahələri vətəndaşlar tərəfindən “Elektron ipoteka və kredit zəmanət” sistemində 16 dəqiqə 22 saniyə ərzində seçilib və bütün müraciətlər qaydalar çərçivəsində tamamlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
55 saat dayanmadan üzüb tarix yazdı - Video
 
 
 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol