Bakıda sərnişin avtobus sürücüsünü döydü - Video-Yenilənib

22:22 - 4 Avqust 2026 - KRİMİNAL

 Bakıda sərnişin avtobus sürücüsünü döydü - Video-Yenilənib

Metronun 20 Yanvar stansiyası yaxınlığındakı dayanacaqda 67 saylı marşrut avtobusunun sürücüsü sərnişinin hücumuna məruz qalıb.

BUTA.TV” Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sərnişin marşrut avtobusundan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirib.

Zərbənin təsirindən sürücü yerə yıxılıb.

Sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedərək onu yerə yıxıb və ard-arda yumruqlamağa başlayıb.

Bu xəbər hal-hazırda çox oxunur
55 saat dayanmadan üzüb tarix yazdı - Video

Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılığı və təhqiramiz ifadələri davam etdirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

***

Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol