“Sabah”ın oyunu yubandı - Səbəb açıqlandı-Yenilənib

20:31 - 5 Avqust 2026 - İDMAN

 “Sabah”ın oyunu yubandı - Səbəb açıqlandı-Yenilənib

UEFA Çempionlar Liqasının “Orhus” (Daninarka) - “Sabah” (Azərbaycan) oyunu əvvəlcədən nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq. 

BUTA.TV” xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında matçın yayımı üçün Danimarkada olan İTV-nin jurnalisti Kənan Hakimov məlumat yayıb.

Buna səbəb Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları stadiona gətirən avtobusların yubanmasıdır.

Məlumat üçün bildirək ki, ”Orhus” klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını “Randers” stadionunda keçirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Nigar Fərhadın əri həbs edildi

***

“Sabah” klubu isə yaydığı məlumatda oyunun saat 21:10-da başlanacağını bildirib.

***

Matç start götürdü.

 
 
 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol