Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı

04:53 - 6 Avqust 2026 - GÜNDƏM

 Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı

Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

BUTA.TV” xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb.

Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə daha sonra kütləvi davaya çevrilib.

İnsident zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaq xəsarəti alaraq ölüb.

Bu xəbər hal-hazırda çox oxunur
Nigar Fərhadın əri həbs edildi

Dava zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı da yaralanıb. Onlar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğu və Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

Yunis Quliyev


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol