Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın!

14:15 - 14 Avqust 2026 - GÜNDƏM

 Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın!

Son günlər Vatsap tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur.

BUTA.TV xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətindfə deyilir.

Qeyd olunub ki, belə hallarda kiberdələduzlar tanıdığınız şəxsin adından, fotoşəklindən və digər məlumatlarından istifadə edərək saxta hesab yaradır, yaxınlarına yazaraq təcili pul göndərilməsini xahiş edirlər:

"Vətəndaşlara müraciət edərək bu cür mesajlara qarşı diqqətli olmağa, tanıdıqları şəxsin adından göndərilən, xüsusilə də pul vəsaiti tələb olunan şübhəli müraciətlərə dərhal inanmamağa çağırırıq.

Bu xəbər hal-hazırda çox oxunur
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

Sizə tanıdığınız şəxsin adından pul göndərilməsi barədə mesaj daxil olarsa, ilk növbədə həmin şəxslə digər vasitə ilə əlaqə saxlayaraq məlumatın həqiqiliyini dəqiqləşdirin.

Şəxsin profil fotosunun və adının tanış olması hesabın məhz həmin şəxsə məxsus olduğunu təsdiq etmir.

Şübhəli hesab və mesajlarla qarşılaşdıqda pul vəsaiti göndərməyin, şəxsi və bank məlumatlarınızı paylaşmayın, şübhəli keçidlərə daxil olmayın".

Vurğulanıb ki, kiberdələduzluqla qarşılaşdıqda dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edilməlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol