Ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 10:00 olan məlumatında qeyd olunub.
Bildirilib ki, düşən yağıntının miqdarı Astarada 40 (aylıq normanın 48%-i), Zaqatalada 11, Qubada 9, Ağstafa, Lənkəranda 7, Daşkəsən, Tovuzda 5, Qusarda 4, Xaltanda 3, Lerik, Qaxda 2, Qrız, Altıağac, Şəki, Gədəbəy, Şəmkirdə 1 mm-dək qeydə alınıb.
Şahdağ, Altıağac, Şəmkir, Göygöl, Qax (Sarıbaş), Daşkəsən, Gədəbəydə duman müşahidə olunur, görünüş 500 m-dək məhdudlaşır.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21, Neftçalada isə cənub-şərq küləyinin maksimal sürəti 20 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti müşahidə olunub.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi
- Yalan deyirlər, biz ailə deyilik...
- Qarabağ kanalında bir nəfər batdı
- Bakıda külək əsir, rayonlara yağış yağır – Faktiki hava
- Yağış, şimşək, duman... - Faktiki hava açıqlandı