Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “RehaPoint” Ambulator Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı davam etdirilir.
ƏƏSMN-dən BUTA.TV-a verilən məlumata görə, 2023-cü ilin dekabrın 1-dən Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan Məntəqədə ötən dövrdə 4318 şəxsə xidmətlər göstərilib.
Bildirilib ki, bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən faydalanırlar.
Qeyd edilib ki, məntəqədə ötən dövrdə əlilliyi olan 415 şəxsə isə ehtiyaclarına uyğun olaraq 10 500-dən çox reabilitasiya vasitəsi verilib.
- Direktorların işə qəbulu ilə bağlı vacib məlumat
- Şəmkirdə ağır qəza - Ölənlərin sayı 5-ə çatdı+Yenilənib
- Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Baş Prokurorluq 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi
- Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi
- Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib
- Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
- 7 ayda 187 milyonluq narkotik dövriyyədən çıxarıldı