Futbolçuların öldüyü hadisənin - Anbaan görüntüləri

10:40 - 18 Avqust 2026 - GÜNDƏM

 Futbolçuların öldüyü hadisənin - Anbaan görüntüləri

İyulun 29-u Qobu-Lökbatan yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

BUTA.TV” Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, 99 EN 361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar. “Ford Transit”in sürücüsü isə xəsarət alıb.

Qəzada ölənlər “Qobu” futbol klubunun oyunçuları olublar.

Qeyd edək ki, “Qobu” futbol klubu 2025/2026 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

Fotoda: Bəhruz Sultanov və Rauf Hüseynov


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol