Ukrayna süni intellekt (Sİ) ilə təchiz olunmuş avtonom dronlardan istifadə edərək Moskva hava limanlarına genişmiqyaslı hücum planı hazırlayıbmış.
BUTA.TV xəbər verir ki, bu barədə iki məlumatlı mənbə “The Atlantik”ə bildirib.
“M&Ms” kod adlı əməliyyat keçmiş müdafiə naziri Mixail Fedorov tərəfindən hazırlanıb. Əməliyyat bir gecədə 1000-ə qədər kiçik, ucuz dronların buraxılmasını nəzərdə tuturdu. Onların missiyası Moskvanın havadan müdafiəsini məşğul etmək və Moskva hava limanlarının fəaliyyətini daimi olaraq iflic etmək idi ki, beynəlxalq aviaşirkətlər Rusiya paytaxtına uçuşlardan imtina etsinlər. Ukrayna Vladimir Putini müharibəni bitirmək üçün danışıqlara qayıtmağa məcbur etməyə ümid edirdi.
Dronlar avtonom şəkildə fəaliyyət göstərməli idilər.
Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video
Mənbələrə görə, plan 2026-cı ilin əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenskiyə təqdim edilib. O, mülki təyyarələrə, sərnişinlərə və hava limanı işçilərinə zərər vurma riski ilə bağlı narahatlığını ifadə etsə də, Rusiya hakimiyyəti və elitaları üzərində təsir yaratmaq, onların xaricə səyahətini çətinləşdirmək üçün əməliyyat hazırlıqlarının davam etdirilməsinə icazə verib.
Fedorovun istefasından sonra əməliyyat hazırlıqları iyul ayında dayandırılıb.
- Trampdan İran açıqlaması: Başqa seçimimiz yox idi
- Rusiyaya dərin zərbələr: Bu, Putinin xeyrinədir...
- Çin generallarını süni intellektə dəyişir- Şok araşdırma
- Putin düşünür ki, ukraynalılar bu qışdan sağ çıxmayacaq - Kislitsa
- Ukraynada ərzaq qıtlığı yaşana bilərmi?
- Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Husilərdən Səudiyyəyə növbəti hücum...