Fransada davam edən anomal isti hava dalğası elektrik enerjisinin qiymətini son bir il yarımın ən yüksək səviyyəsinə yüksəldib.
BUTA.TV xəbər verir ki, kondisionerlərdən istifadənin artması tələbatı kəskin yüksəldib, "EPEX Spot" birjasında elektrik enerjisinin meqavat-saatı 177 avronu keçib. Temperaturun yüksəlməsi külək və su elektrik stansiyalarında istehsalı azaldıb.
Ən böyük mənfi təsir isə nüvə enerjisi sektorunda qeydə alınıb. Çay sularının qızması reaktorların soyudulmasını çətinləşdirdiyindən, "Fransa Elektrik" (EDF) şirkətinin nüvə parkının 20 faizdən çoxu istifadədən kənarda qalıb. EDF istilik dalğalarının risklərini neytrallaşdırmaq üçün növbəti 15 ildə 8,7 milyard avro sərmayə yatırmağı planlaşdırır.
- Trampdan İran açıqlaması: Başqa seçimimiz yox idi
- Rusiyaya dərin zərbələr: Bu, Putinin xeyrinədir...
- Çin generallarını süni intellektə dəyişir- Şok araşdırma
- Putin düşünür ki, ukraynalılar bu qışdan sağ çıxmayacaq - Kislitsa
- Ukraynada ərzaq qıtlığı yaşana bilərmi?
- Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Husilərdən Səudiyyəyə növbəti hücum...