Moskva Amerika silahlarının Türkiyə vasitəsilə Ukraynaya mümkün ötürülməsi ilə bağlı Vaşinqton və Ankaradan cavab gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ABŞ və Türkiyədən izahat tələb edib. Biz Vaşinqton və Ankaradan cavab gözləməyə davam edirik. Bu məsələnin Ukrayna münaqişəsinin davamlı həll yolları perspektivləri üçün açıq-aşkar nəticələrinə görə, biz cavab alacağımızı gözləyirik", - deyə o bildirib.
Qeyd edək ki, avqustun əvvəlində Dövlət Departamenti Konqresi Ankaranın Kiyevə raket sistemləri və mərmilər də daxil olmaqla, 255,9 milyon dollar dəyərində Amerika silahlarını təhvil verə biləcəyi barədə məlumatlandırmışdı.
Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video
- Trampdan İran açıqlaması: Başqa seçimimiz yox idi
- Rusiyaya dərin zərbələr: Bu, Putinin xeyrinədir...
- Çin generallarını süni intellektə dəyişir- Şok araşdırma
- Putin düşünür ki, ukraynalılar bu qışdan sağ çıxmayacaq - Kislitsa
- Ukraynada ərzaq qıtlığı yaşana bilərmi?
- Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Husilərdən Səudiyyəyə növbəti hücum...