İsrail Türkiyə ilə müharibəyə çox yaxınlaşdı, amma bunu Tramp daxil olmaqla heç kim görmədi.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak deyib.
O bildirib ki, bölgədəki ən böyük risk İsrailin niyyətləri deyil, Türkiyənin İsrailin qəfil hərəkətlərinə necə reaksiya verəcəyidir.
İsrailin bombaladığı “Əbu əl-Duhur” aviabazasının Türkiyə sərhədlərinə yaxın olduğunu xatırladan səfir qeyd edib ki, Ankara onsuz da təmkin nümayiş etdirirdi:
“Lakin hərbçilərin yaxınlaşan təyyarələri görüb onların məqsəd və niyyətlərini bilmədikdə təmkin çətinləşir. Bununla Türkiyə təyyarələrini havaya qaldırmalı olacaqlarını deyir. Regional müharibələr, heç kim planlaşdırmasa belə, belə başlaya bilər”.
Səfirin sözlərinə görə, İsrail Türkiyənin hərbi aktivlərini sözügedən aviabazaya köçürə biləcəyi barədə kəşfiyyat məlumatı alıb:
“Vaşinqton bunu yoxlayıb və bunun belə olmadığını təsdiqləyib. Buna baxmayaraq, İsrail nə Vaşinqtona, nə də Türkiyəyə xəbər vermədən hərbi bazaya zərbə endirib. Məhz bu məqamda məsələ İsrail-Suriya hücumundan çıxıb və daha təhlükəli bir vəziyyət almağa başlayıb”.
Qeyd edək ki, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətinin şərq hissəsindəki "Əbu-əl-Duhur" hərbi aviabazasının uçuş-enmə zolağına 8 zərbə endirib.
- Rusiya Kiyevdə hava limanını vurdu - Video
- İran ordusu müdafiədən hücum doktrinasına keçdi
- Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib
- 1641-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Heç bir vətəndaşlığı olmayan qanuni oğru həbs edildi - Foto
- Keçmiş baş nazir öldü: Məşhur diplomatın atasıdır...
- “O gün atama “get, yaşa” deyən məhz belə bir uzman həkim idi...”
- Dənizdə boğulduğu deyilən 5 uşaq atasının xaricə getdiyi ortaya çıxdı