Qaribaşviliyə qarşı yeni ittiham irəli sürüldü

17:06 - 24 Avqust 2026 - GÜNDƏM

 Qaribaşviliyə qarşı yeni ittiham irəli sürüldü

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə qarşı korrupsiya işi üzrə yeni ittiham irəli sürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan baş prokurorunun müavini Amiran Quluaşvili məlumat verib.

Məlumata görə, İrakli Qaribaşvili keçmiş müdafiə naziri Cuanşer Burçuladzedən 750 min lari (təxminən 300 min dollar) məbləğində rüşvət alıb.

Baş Prokurorluq hesab edir ki, rüşvət Gürcüstan Müdafiə Nazirliyi üçün tibbi avadanlıqların satın alınması ilə bağlı olub. Həmin avadanlıqların qiymətləri əhəmiyyətli dərəcədə şişirdilib.

Qeyd edək ki, Qaribaşvili çirkli pulların yuyulması ittihamı ilə bu ilin yanvar ayında 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol