ABŞ-la neft sazişi: Rodriges detalları açıqladı

14:42 - 30 Avqust 2026 - GÜNDƏM

 ABŞ-la neft sazişi: Rodriges detalları açıqladı

ABŞ-la enerji müqaviləsi 25 il müddətinə bağlanıb və ölkənin neft hasilatının gündə 1,5 milyon barreldən çox artırılmasını nəzərdə tutur.

BUTA.TV xəbər verir ki, bunu Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges deyib.

Onun sözlərinə görə, müqavilə Venesuelanın təbii sərvətlər üzərində mülkiyyətini və suverenliyini qoruyub saxlayır.

O, gündə 1,5 milyon barrelin müqavilənin yalnız ilkin məqsədi olduğunu vurğulayıb. Daha böyük plana həmçinin səkkiz yeni neft blokunun işlənməsi və ölkənin enerji sektorunun genişləndirilməsi daxildir.

Rodriges bildirib ki, yeni müqavilə orta hesabla 65 dollar neft qiymətinə əsasən, Venesuelaya təxminən 209 milyard dollar gəlir gətirə bilər. Saziş çərçivəsində istehsal olunan və satılan hər barreldən təxminən 19 dollar birbaşa ölkə büdcəsinə gedəcək.

Onun sözlərinə görə, müqavilə ölkəyə sanksiyalardan ciddi şəkildə zərər çəkmiş neft sənayesini yenidən qurmaq üçün Amerika kapitalını, texnologiyasını və təcrübəsini cəlb etməyə imkan verəcək.

“Röyters” bildirib ki, Venesuela hakimiyyəti gələn həftə ərzində bir neçə şirkətə, o cümlədən Amerika şirkətlərinə neft kəşfiyyatı və istehsalı üçün yeni hüquqlar verən müqavilələr imzalamaq niyyətindədir.

Mənbələrə görə, ABŞ-ın “Şevron” şirkəti müvafiq müqavilələri imzalaya biləcək şirkətlər arasındadır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Venesuela ilə dünya tarixində ən böyük neft sazişi olan bir saziş imzaladığını bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol