Leyeni “Fürer Ursula” adlandırırıq - Lavrov

12:00 - 3 Sentyabr 2026 - GÜNDƏM

 Leyeni “Fürer Ursula” adlandırırıq - Lavrov

Ursula fon der Leyeni biz “Fürer Ursula” adlandırırıq. O, bütün AB-nin qərarları ilə Brüsselə verilməmiş, milli hökumətlərin səlahiyyətində qalan hüquq və səlahiyyətləri Avropa Komissiyasında mərkəzləşdirməyə çalışır. Və bu meyil onda çox güclü şəkildə özünü göstərir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bir neçə il əvvəl “Şimal axını” qaz kəmərlərinin partladılması ilə bağlı suala cavab verən Leyen avropalı seçicilərin enerji qiymətlərinin artmasından əziyyət çəkəcəyini, lakin ukraynalıların Avropa dəyərlərini müdafiə etməsi üçün əziyyət çəkməyə məcbur olduqlarını deyib.

Heç kim isə soruşmadı ki, söhbət hansı Avropa dəyərlərindən gedir. Əgər təhsil, mədəniyyət, məişət və kütləvi informasiya vasitələrində rus dilinin qanunvericiliklə qadağan edilməsi Avropa dəyərlərini əks etdirirsə, o zaman Avropa üçün nasizmin geri qayıtması mübarək”, – o bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol