Dəhşətli virus Yunanıstana da yayıldı: 24 nəfər öldü

16:51 - 3 Sentyabr 2026 - GÜNDƏM

 Dəhşətli virus Yunanıstana da yayıldı: 24 nəfər öldü

Yunanıstanda Qərbi Nil virusuna yoluxma nəticəsində azı 24 nəfər həyatını itirib.

BUTA.TV xəbər verir ki, bu barədə Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata görə, ölkədə daha 58 yoluxma halı qeydə alınıb. İlin əvvəlindən bu yana virusa yoluxanların ümumi sayı 290 nəfərə çatıb. Hazırda 32 xəstə reanimasiyadadır. Yoluxmaların təxminən yarısı Yunanıstanın cənubundakı Şərqi Attika bölgəsinin, eləcə də Afinanın şimal ərazilərinin payına düşür.

Virus artıq ölkənin 13 inzibati regionundan 6-da yayılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

Qeyd edək ki, Qərbi Nil qızdırması ağcaqanadlar vasitəsilə yayılan kəskin infeksion xəstəlikdir. Xəstəlik güclü baş və əzələ ağrıları, qusma və yuxululuqla müşayiət oluna bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol