Tiflisdə tramvay xətti bərpa edilir

00:21 - 8 Sentyabr 2026 - GÜNDƏM

 Tiflisdə tramvay xətti bərpa edilir

Gürcüstanın paytaxtı Tiflisdə tramvay xətti yenidən bərpa olunur.

BUTA.TV xəbər verir ki, bu barədə Tiflis meriyası məlumat yayıb.

Bildirilib ki, paytaxtda tramvay xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı Tiflis Nəqliyyat Şirkəti ilə Türkiyənin “EYE” Birgə Müəssisəsi arasında müqavilə imzalanıb.

Layihənin ümumi büdcəsi 287 milyon 654 min 321 lari təşkil edir. Xəttin uzunluğu təxminən 7,5 kilometr olacaq və marşrut üzrə 11 dayanacaq yerləşdiriləcək.

Layihə başa çatdıqdan sonra tramvay xətti Tiflisin vahid ictimai nəqliyyat şəbəkəsinə inteqrasiya ediləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol