İsrailin Livana qarşı hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 2-də hərbi eskalasiyanın başlanmasından indiyədək 12402 nəfər yaralanıb.
Son üç gündə Livanın cənubundakı Nəbatiyyə əyalətinə endirilən hava zərbələri nəticəsində 27 nəfər həlak olub, 69 nəfər yaralanıb.
Nazirliyin məlumatına görə, İsrail aviasiyası Livanın hava məkanında uçuşları davam etdirir. Kfar Tibnit və Nəbatiyyə əl-Favqa yaşayış məntəqələrinə də hava zərbələri endirilib.
Sərhəd bölgəsindəki Əl-Mansuri və Hula yaşayış məntəqələrinin bombardman edilməsi nəticəsində mülki əhali arasında itkilərin olduğu bildirilir.
- “Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - Video
- Lavrovla bağlı qəribə iddia: Bu ölkənin vətəndaşı oldular
- İsrail hücumları: Livanda ölənlərin sayı 4381 nəfərə çatdı
- Sumda partlayışlar baş verdi
- Ukrayna baş prokuroru istefa verdi
- Husilər qaçqın düşərgəsinə zərbə endirdi
- Eyfel qülləsi bağlandı - İlginc səbəb
- Tiflisdə tramvay xətti bərpa edilir