“Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi - ÇL-də gecənin nəticələri

00:55 - 9 Sentyabr 2026 - GÜNDƏM

 “Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi - ÇL-də gecənin nəticələri

UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinə start verilib.

BUTA.TV” xəbər verir ki, 1-ci turun ilk oyun günündə keçirilən 6 qarşılaşmada sürpriz və gərgin nəticələr qeydə alınıb.

Gecənin mərkəzi matçında İspaniya nəhəngi “Real Madrid” “Santyaqo Bernabeu”da İtaliyanın “İnter” klubunu qəbul edib. Gərgin keçən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turnirdə ölkəmizi təmsil edən “Sabah”ın Bakıda qəbul edəcəyi “Borussiya” (Dortmund) doğma azarkeşləri önündə Masazır təmsilçisinin digər rəqibi “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib.

Bu xəbər hal-hazırda çox oxunur
Balaxanıda obyektdə yanğın olub - Fotolar+Video

ÇL-də günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

AEK (Yunanıstan) – LASK (Avstriya) — 1:0

“Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) — 2:3

“Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) — 0:2

“Lill” (Fransa) – “Real Betis” (İspaniya) — 2:3

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol