1972-1976-cı illərdə Xankəndi Pedaqoji İnstitutunda təhsil alan məzunlar 50 illik yubileyləri münasibətilə doğma şəhərdə bir araya gəliblər.
“BUTA.TV” xəbər verir ki, onların Xankəndidə ilk ünvanı illər əvvəl tələbə həyatı yaşadıqları ali təhsil ocağı, keçmiş Xankəndi Pedaqoji İnstitutu, indiki Qarabağ Universiteti olub.
Qarabağ Universiteti isə onların yaddaşında bir bina yox, ömrün ən gözəl çağlarının adı olaraq qalıb. 50 il sonra Xankəndidə keçirilən bu görüş keçmişlə bu günün, xatirələrlə Zəfərin qovuşduğu bir günə çevrilib. Bir vaxtlar bu şəhərdə tələbə həyatı yaşayan məzunlar indi Xankəndinin yenidən qurulan, inkişaf edən və gələcəyə inamla addımlayan simasına şahidlik edirlər.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
- ABŞ-ın 2 hərbi gəmi və 8 neft tankerinə zərbələr endirildi
- Putin kifayət qədər güzəştə gedə bilər
- SEPAH F-35-lərin olduğu bazanı vurdu
- 50 il sonra yenidən... - Video
- İrana məxsus 5 neft tankeri məhv edildi - Video
- Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
- İsrail ordusunda xüsusi bölmə yaradılır
- Muzeydən 9 milyon avroluq rəsm əsərləri oğurlandı