Keçmiş sevgilisi Maskdan elə şeylər danışdı ki...

14:57 - 9 Sentyabr 2026 - GÜNDƏM

 Keçmiş sevgilisi Maskdan elə şeylər danışdı ki...

İlon Mask sosial şəbəkəsi X-dən cəmiyyətdə "qəsdən bölünmə" yaratmaq üçün istifadə edir və platforma tənzimlənməsə, bunun nəticələri fəlakətli ola bilər.

BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bunu milyarderin keçmiş sevgilisi və rəsmi olaraq təsdiqlənmiş 14 övladından birinin anası Eşli Sent-Kler bildirib.

Sent-Kler bu fikirləri Venesiya Film Festivalında rejissor Aleks Gibninin Mask haqqında çəkdiyi “Musk” sənədli filminin premyerasında səsləndirib.

Onun sözlərinə görə, Mask vaxtilə ona niyə uşaq sahibi olmaq istədiyini izah edən mesaj yazıb. Milyarderin arqumenti isə gözlənilməz olub. O, Maskın guya ona “vətəndaş müharibəsinə qədər uşaqlar legionu”na sahib olmağı, bunun vacib olduğunu dediyini bildirib.

Qeyd edək ki, Sent-Kler və Maskın 2024-cü ildə oğlu dünyaya gəlib. Lakin onlar sonradan ayrılıb. Susmağı üçün 40 milyon dollar təklif ediblər.

Sent-Kler iddia edib ki, Maskın nümayəndələri ona açıqlama verməməsi müqabilində 40 milyon dollar birdəfəlik ödəniş və aylıq 100 min dollar təklif ediblər. O, məxfilik müqaviləsini imzalamaqdan imtina etdikdən sonra bu təklifin geri götürüldüyünü deyib.

Keçmiş sevgilisi Maskın əsas problemlərindən birinin həqiqətə münasibət formasında olduğunu deyib:

“Onun insanlarla münasibətləri mürəkkəbdir, amma ən mürəkkəb münasibəti həqiqətlədir”.

X-də baş verənləri görməzdən gəlmək olmaz

Sent-Kler bildirib ki, Maskın X platformasındakı fəaliyyəti artıq internetdən kənarda da real nəticələr doğurur.

“X-də baş verənləri görməzdən gəlmək olmaz, çünki o, real dünyada mövcud olmayan alovu körükləyir”, - deyə o bildirib.

Keçmiş MAGA ("Make America Great Again" - Amerikanı Yenidən Möhtəşəm Et) tərəfdarı hesab edir ki, Mask cəmiyyətdə qəsdən parçalanma yaradır və bunun qarşısı alınmasa, nəticələr fəlakətli ola bilər.

Rejissor Maskın uşaqlığına diqqət çəkdi

Filmin rejissoru Aleks Gibni isə Maskın sivilizasiyanın süqutu mövzusuna olan marağının onun Cənubi Afrikadakı uşaqlığı ilə bağlı ola biləcəyini deyib. Onun sözlərinə görə, Maskın uşaqlığı ağır və travmatik keçib və milyarder həmin travmanı müəyyən mənada cəmiyyətə daşıyır.

Üç il ərzində hazırlanan dörd saatlıq sənədli film Maskın gənc texnologiya sahibkarından raket və elektromobil biznesinə qədər yüksəlişini, daha sonra isə MAGA tərəfdarına çevrilməsini araşdırır.

Gibni filminin sadəcə texnologiya sahibkarının uğur hekayəsi olmadığını bildirib. Rejissor Maskın sərvət və hakimiyyətinin şirkət səhmlərinin dəyərinin şişirdilməsi ilə bağlı olduğunu iddia edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol