Müasir dövrdə bütün ölkələrdə qeysəriyyə kəsiyi əməliyyatının sayının artması müşahidə olunur. Bunun əsas səbəbi əməliyyata göstərişlərin artması ilə bağlıdır. Göstərişlərə həm ana, həm də döl tərəfdən, həmçinin hamiləlik zamanı və ya doğuş zamanı baş verən hallar səbəb olur.
Bu sözləri BUTA.TV-a son dövrlər qeysəriyyə əməliyyatı ilə doğuşların artması haqda açıqlamasında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru, dosent Aynurə Əmirova deyib.
A.Əmirova bildirib ki, planlı və təcili qeysəriyyə zamanı fərqli göstərişlər var:
“Qeysəriyyə kəsiyi əməliyyatının sayının artması hesabına perinatal itkilərin azalması yalnız müəyyən həddə qədər mümkündür. Əgər hər şey normaldırsa və qeysəriyyə kəsiyi əməliyyatına göstəriş yoxdursa, qadının təbii doğuş yolu ilə azad olması daha məsləhətlidir. Çünki təbii doğuşdan iki saat sonra normal həyat fəaliyyəti bərpa olunduğu halda, qeysəriyyə əməliyyatında qan itkisi çox olur, bərpa da uzun çəkir. Həmçinin, növbəti hamiləliklərdə də fəsadların olması ehtimalı yüksəlir”.
Həkim-ginekoloq qeysəriyyə əməliyyatından sonra qadın orqanizminə və körpələrə ola biləcək mənfi təsirlərdən də söz açıb:
“Əməliyyatdan sonra baş verən erkən ağırlaşmalara qanaxma, uşaqlığın atoniyası, uşaqlıqdakı tikişlərin yararsızlığı, yoluxucu ağırlaşmalar, endometrid, pretanid, sepsis, əməliyyatdan sonra yaraların və sidik axar yolların infeksiyasılaşması aid edilə bilər. Qonşu orqanlarda isə bağırsaq keçməzliyi, bağırsağın obstruksiyası, sidik-cinsiyyət və digər fisturalar, tromba-emboliya, ağciyər arteriyasının digər venalarının trombozu kimi ağırlaşmalar müşahidə oluna bilər. Çünki əməliyyatdan sonra bir neçə saat ərzində pasiyent uzanıqlı vəziyyətdə qalmalıdır. Həmçinin əməliyyatdan sonra kiloid yaranması, bitişmə prosesi, sidik-cinsiyyət və digər fisturalar reproduktiv funksiyanın pozulması, sonsuzluq, növbəti hamiləliyin ağırlaşması halları kimi gecikmiş ağırlaşmalar ola bilər”.
Dosent vurğulayıb ki, göstərişlə doğru məqamda aparılan qeysəriyyə əməliyyatı həm qadının, həm də dölün həyatını xilas edir:
“Lakin lüzumsuz və göstərişsiz qeysəriyyə kəsiyi fəsadların yaranması ehtimalını artırır. Bəzi hallarda isə qeysəriyyə kəsiyi əməliyyatı zamanı uşaqlığın çıxarılmasına da göstəriş ola bilər”.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır