Ermənistanın azaraq Azərbaycan tərəfinə keçdiyi və Ordumuzun əsgərləri tərəfindən guya əsir götürüldüyü iddia edilən hərbçisi tapılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, martın 21-də avtomobillə ərzaq aparan zaman itkin düşən Ermənistan silahlı qüvvələrinin hərbçisi martın 22-də həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb.
Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüb. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı yaydığı məlumatda isə bildirmişdi ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video