Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamentinin direktoru Mahmud Çorumlunun başçılıq etdiyi Milli Polisin nümayəndə heyəti Gürcüstanda səfərdədir. Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin üzvləri Gürcüstan Daxili İşlər Nazirliyində (DİN) görüşlər keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyi və Türkiyə Respublikası Milli Polisi nümayəndələrinin birgə komissiyasının səkkizinci iclası keçirilib.
Tədbirdə hər iki ölkənin hüquq-mühafizə orqanları arasındakı mövcud əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsi, terrorizm və mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı birgə mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.
Sonda yekun protokol imzalanıb.
- ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi
- Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
- Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər
- Paraddan sonra təyyarənin qəzaya uğraması...
- Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək
- Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?