Bakıda yaşayış binasında yanğın olub, ölən var.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Kəmaləddin Heydərovun 3 müavini eyni vaxtda niyə işdən çıxarıldı? - DETALLAR
- Serbiyaya təbii qazın ixrac həcmi artırılacaq
- Zirədən ixrac edilən məhsullar çox ləzizdir - Vuçiç
- Əliyev və Vuçiç mətbuata bəyanatla çıxış edirlər
- Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğuldu
- Magistraturaya qəbul imtahanı keçirildi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Həcc üçün sənəd qəbulunun vaxtı uzadıldı
- Qubada məktəbli özünü güllələyərək öldürdü