Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən BUTA.TV-a verilən məlumata görə, oğurluq və soyğunçuluq ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına qısamüddətli görüşə gəlmiş qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan şalvarın balağının tikiş hissəsinə hopturulmuş ümumi çəkisi 0,01 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
- İran 20 nəsil döyüşə bilər - Hatəmi
- Tokayev Ermənistana səfər edəcək
- Bu ölkədə doğum kəskin azaldı: Hər uşaq üçün 55 min dollar…
- Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar
- Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı
- Rusiya və Ukrayna əsirləri dəyişdi
- Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
- 1643-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi