Danimarka Ramazan ayında nifrət cinayətlərinin mərkəzi oldu. Bu hörmətsizliyin təkrarlanmasını lənətləyirik.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
“Qurani-Kərimə və Türkiyə bayrağına edilən hörmətsizliyin təkrarlanmasını lənətləyirik. Nifrət cinayətinə icazə verən Danimarka rəsmilərini qınayırıq. Danimarka rəsmilərinə bu cinayəti törədənlərin tapılması yönündə çağırışımızı təkrarlayırıq. Prosesi izləyəcəyik”, - deyə Ö.Çelik bildirib.
Qeyd edək ki, Danimarkada Türkiyə bayrağı və Qurani-Kərimin yandırılmasından dolayı bu ölkənin Ankaradakı səfiri XİN-ə çağırılmışdı.
- Prezidentin Özbəkistan səfəri başa çatdı - Fotolar
- Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı
- Rusiya və Ukrayna əsirləri dəyişdi
- Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
- 1643-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Ukrayna Avropanın qoruyucusudur – Börnhem
- Qaribaşviliyə qarşı yeni ittiham irəli sürüldü
- Prezidentlər xanımları ilə Buxaranı gəzdilər - Fotolar+Video - Yenilənib