Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
BUTA.TV xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, həmin minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 111 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
- Heydərov onu idarə rəisi təyin etdi
- Qarabağla bağlı yeni fond yaradılır
- "Birbank"dan taksit kart: İlk taksit ödənişinizə 50 bonus...
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...
- İyulun ilk günü hava necə olacaq?
- Bu yolda hərəkət qismən məhdudlaşdırılır - 5 gün...